Son Xəbərlər
Beynəlxalq astronomlar qrupu kainatda məlum olan ən böyük quruluşu - Kipu
Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
Bu gün Azərbaycan Premyer Liqasında XXII turun daha iki görüşü keçiriləcək.
Bakıda tıxac olan yollar açıqlanıb. Liderxeber.az xəbər verir ki, bu barədə
Azərbaycan ərazisində fevralın 8-nə gözlənilən hava şəraiti haqqında proqnoz
"Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına
Bakı məktəblərində təhlükəli oyunla bağlı araşdırma aparılıb. Sosial şəbəkədə
5 yox, 3 uşağı olanlar da çoxuşaqlı ailə hesab ediləcək. Liderxeber.az məlumat
ADY paytaxt Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə
Böyük Britaniya hökuməti "Apple" şirkətindən bütün dünya üzrə
banner

Biləsuvarda təxliyə olunan üç kəndin sakinləri evlərinə qaytarılıblar

31 may 2023, 09:15
Biləsuvarda təxliyə olunan üç kəndin sakinləri evlərinə qaytarılıblar

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bolqarçay çayında Biləsuvar rayonunun bəzi kəndləri üçün qısamüddətli sel təhlükəsinin yaranması barədə məlumat daxil olub.

Bu barədə LiderXəbər-ə FHN-dən məlumat verilib.

Qeyd edilib ki, məlumatla əlaqədar dərhal Nazirliyin Muğan Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Bölgədə əməliyyat şəraiti qiymətləndirilib və aparılan təhlillər nəticəsində ehtimal edilən sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğanlı kəndlərinin sakinlərinin təxliyəsi barədə qərar qəbul olunub.

FHN-in qüvvələri Biləsuvar Rayon İcra Hakimiyyəti, Biləsuvar Rayon Polis Şöbəsi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birlikdə adıçəkilən kəndlərin əhalisini təhlükəsiz əraziyə təxliyə ediblər.

Operativ olaraq Bolqarçay çayı üzərində sel təhlükəsi aradan qaldırıldıqdan sonra təxliyə olunmuş əhalinin yaşayış yerlərinə qaytarılması təmin olunub.