Son Xəbərlər
Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025 mövsümünün final oyununun
Türkmənlər yeni Suriya administrasiyasında təmsil olunmaq istəyirlər.
8 yanvar 2025-ci il tarixində “Kapital Bank”ın 25 000 000 (iyirmi beş milyon)
Azərbaycan “Henley & Partners” şirkətinin 2025-ci ilin I rübü üçün dərc
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə
2024-cü ildə Azərbaycandan hava nəqliyyatı ilə 42 ölkəyə 3 milyon 369,4 min
Bəşşar Əsəd rejiminin devrilməsindən bu yana Türkiyədən 52 min 622 suriyalı öz
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycan
Azərbaycanda dövlətin qiymət tənzimlənməsi siyasəti vətəndaşların maliyyə
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft
banner

Azərbaycanda sənaye parklarının rezidentlərinin güzəştlər hesabına qənaət etdiyi vəsait açıqlanıb

09 yan 2025, 13:53
Azərbaycanda sənaye parklarının rezidentlərinin güzəştlər hesabına qənaət etdiyi vəsait açıqlanıb

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilən idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər indiyədək 501 milyon manatdan çox maliyyə vəsaitinə qənaət ediblər.

Bu barədə Agentliyin mətbuat katibi Elçin Kazımov Ağdam Sənaye Parkına təşkil olunan mediatur zamanı Liderxeber.az-a bildirib.

“Rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən azaddır. Həmçinin istehsal məqsədilə texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Bu güzəştlər sayəsində rezidentlər indiyədək ümumilikdə 501 milyon manatdan çox, yalnız 2024-cü ilin ilk 11 ayında isə 40,68 milyon manat qənaət ediblər”, - deyə E.Kazımov vurğulayıb.

O əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında əlavə güzəştlər də mövcuddur. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 % endirim, idxal olunan xammal və materiallar üçün gömrük rüsumları və ƏDV-dən tam azadolma daxildir. E.Kazımovun sözlərinə görə, bu güzəştlər müəyyən edilmiş siyahı əsasında tətbiq edilir.

Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində 8 sənaye parkı fəaliyyət göstərir. Rezidentlər tərəfindən bu parkların istehsal potensialının artırılması üçün indiyədək 5 milyard 660 milyon manata yaxın sərmayə yatırılıb. Bu sərmayələrin nəticəsində 17 mindən artıq iş yeri yaradılıb.