Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

Təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi

08 yan 2025, 16:09
Təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi

Nazirlər Kabineti “Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı”nı təsdiqləyib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar “Aviasiya haqqında” 22 dekabr 2023-cü il tarixli qanunun tətbiqi barədə” ölkə Prezidentinin 15 fevral 2024-cü il tarixli fərmanının icrasını təmin etmək üçün qəbul edilib.

Qərara əsasən, daşımalarının səmərəliliyinin və müntəzəmliyinin təmin edilməsi, hava limanının  fəaliyyətinə qanunsuz müdaxilə aktlarının baş vermə ehtimalının azaldılması, eləcə də aviasiya təhlükəsizliyi sahəsində məlumatlılığın artırılması və aviasiya təhlükəsizliyi mədəniyyətinin təşviq edilməsi məqsədilə sərnişinin üzərində, əl yükündə, qeydiyyatdan keçmiş baqajda, yük və poçt göndərişlərində daşınması qadağan edilən əşya və maddələrin siyahısına dair məsələlərin təkmil tənzimlənməsini təmin edəcək.

Daşınması qadağan edilən əşyalara bütün növ silahlar və kəsici-deşici, eləcə də keyidici (hərəkətsizləşdirici) maddə və əşyalar, peşə, küt alətləri, partlayıcı maddələr (əşyalar) və partlayıcı vasitələr, sıxılmış və ya mayeləşdirilmiş qazlar, tez alışan mayelər, alışan bərk maddələr, zəhərli və zəhərləyici maddələr və aşındırıcı və korroziyalaşdırıcı maddələr daxildir. 

Siyahıya Beynəlxalq Mülki Aviasiya Təşkilatının “Doc 9284, təhlükəli yüklərin hava yolu ilə təhlükəsiz daşınması üzrə Texniki təlimatlar”ında sərnişinlər və hava gəmisinin heyətinin əl yükü və üzərində müəyyən edilmiş şərtlərlə daşınmasına icazə verilən radioaktiv material tərkibli əşyalar daxildir.