Son Xəbərlər
Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025 mövsümünün final oyununun
Türkmənlər yeni Suriya administrasiyasında təmsil olunmaq istəyirlər.
8 yanvar 2025-ci il tarixində “Kapital Bank”ın 25 000 000 (iyirmi beş milyon)
Azərbaycan “Henley & Partners” şirkətinin 2025-ci ilin I rübü üçün dərc
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə
2024-cü ildə Azərbaycandan hava nəqliyyatı ilə 42 ölkəyə 3 milyon 369,4 min
Bəşşar Əsəd rejiminin devrilməsindən bu yana Türkiyədən 52 min 622 suriyalı öz
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycan
Azərbaycanda dövlətin qiymət tənzimlənməsi siyasəti vətəndaşların maliyyə
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft
banner

İlham Əliyev italiyalı həmkarı Sercio Mattarellanı təbrik edib

02 iyn 2024, 12:25
İlham Əliyev italiyalı həmkarı Sercio Mattarellanı təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanı təbrik edib.

Təbrikdə deyilir: Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətləri məmnunluq doğurur. Siyasi, ticari-iqtisadi, enerji, müdafiə, humanitar və digər sahələrdə əlaqələrimiz çoxtərəfli qaydada birgə fəaliyyətimiz ilə müşayiət olunur. Əməkdaşlığımızın prioritet istiqamətlərdən olan enerji sektorunda uğurlu işbirliyimiz Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.

Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələri əhatə edən və gündən-günə yeni məzmunla zənginləşən qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsini vurğulamaq istərdim. Azərbaycanın mühüm iqtisadi tərəfdaşlarından olan ölkənizin şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak edirlər. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərində İtaliya şirkətlərinin səmərəli fəaliyyəti təqdirəlayiqdir. Bütün bunlar tərəfdaşlığımızın yüksək səviyyəsindən, mövcud əməkdaşlığımızı daha da şaxələndirmək əzmimizdən xəbər verir. Biz bu əməkdaşlığı daim diqqət mərkəzində saxlayır və dəstəkləyirik.

Ölkələrimizi birləşdirən sıx humanitar əlaqələri, o cümlədən elm və təhsil sahəsində səmərəli işbirliyimizi xüsusi qeyd etmək istərdim. Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən biri olan ADA Universiteti ilə İtaliyanın qabaqcıl universitetləri arasında uğurlu əməkdaşlıq bunun bariz nümunəsidir.

Heç şübhəsiz ki, mövcud potensialdan və yeni imkanlardan istifadə edərək çoxşaxəli əlaqələrimizi daha da genişləndirə, qeyri-neft sektorunda əməkdaşlığımızı əhəmiyyətli dərəcədə artıra bilərik. Cari ildə Azərbaycanın COP29-a, İtaliyanın isə G7-yə sədrliyi əməkdaşlığımız üçün yeni imkanlar yaradır. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-İtaliya dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində birgə fəaliyyətimizin dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına daim rifah və əmin-amanlıq arzulayıram.