Son Xəbərlər
Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025 mövsümünün final oyununun
Türkmənlər yeni Suriya administrasiyasında təmsil olunmaq istəyirlər.
8 yanvar 2025-ci il tarixində “Kapital Bank”ın 25 000 000 (iyirmi beş milyon)
Azərbaycan “Henley & Partners” şirkətinin 2025-ci ilin I rübü üçün dərc
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə
2024-cü ildə Azərbaycandan hava nəqliyyatı ilə 42 ölkəyə 3 milyon 369,4 min
Bəşşar Əsəd rejiminin devrilməsindən bu yana Türkiyədən 52 min 622 suriyalı öz
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycan
Azərbaycanda dövlətin qiymət tənzimlənməsi siyasəti vətəndaşların maliyyə
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft
banner

Məhkum qadınların övladları ilə görüşü təşkil olunub

01 iyn 2024, 17:41
Məhkum qadınların övladları ilə görüşü təşkil olunub

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Liderxeber.az xəbər verir ki, ölkəmizdə uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülür. Uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.

Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı ölkəmizdə uşaqların müdafiəsi, sosial təminat və reabilitasiya sistemi ilə əhatə olunmaları, uşaq qayğı sisteminin inkişafı istiqamətində də tədbirlərin ildən-ilə güclənməsinə imkan verir.

Cəmiyyətimizin həssas qrupu olan uşaqların müdafiəsi və inkişafı çərçivəsində yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının qorunması da daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təmin olunmasına Ədliyyə Nazirliyi tərəfindən xüsusi diqqət göstərilir. Belə ki, nazir Fərid Əhmədov qadınların və yeniyetmə məhkumların cəza çəkdikləri penitensiar müəssisələrə baş çəkib, onlarla görüşüb, saxlanma şəraiti ilə tanış olub, öz tövsiyə və tapşırıqlarını verib.

Hər il olduğu kimi, bu il də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən bayram tədbiri keçirilib. 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü çərçivəsində cəza çəkən məhkum qadınların övladları ilə görüşü təşkil olunub.

Tədbirdə Ədliyyə naziri Fərid Əhmədovun təbriki oxunub. Tədbir iştirakçıları tərəfindən bu günün əhəmiyyəti, eləcə də ölkəmizdə qeyd olunması və həyata keçirilən işlər barədə çıxışlar edilib. 

Tədbir konsert proqramı ilə davam edib, məhkumların ifasında mahnılar dinlənilib, rəqslər edilib. Animasiya qəhrəmanlarının iştirakı ilə uşaqlara musiqili şoular təqdim olunub, əyləncə attraksionları təşkil edilib.

Bayram şənliyi böyük maraq və sevinc hissi ilə qarşılanıb.