Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Nazir BDU-da SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının ləğv olunmasına münasibət bildirib

01 iyn 2024, 12:26
Nazir BDU-da SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının ləğv olunmasına münasibət bildirib

Elm və təhsil naziri Emin Əmrullayev BDU-da SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının ləğv olunmasına münasibət bildirib.

Liderxeber.az xəbər verir ki, nazir Şuşada jurnalistlərə açıqlamasında deyib ki, SABAH qrupları ənənəvi olaraq bir ali təhsil müəssisəsində tədris olunub:

“Bir ixtisas heç vaxt iki universitetdə olmayıb. SABAH qrupunun əsas fəlsəfəsi ondan ibarətdir ki, tələbələri bir ali təhsil müəssisəsində toplayırıq. SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının BDU-da bağlanması həmin ali təhsil müəssisəsində eyniadlı ixtisasın bağlanması demək deyil. Orada hüquqşünaslıq ixtisasına qəbul davam edəcək”. “Qarabağ Universitetində SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının tədris olunmasına gəlincə, burada tələbələrə daha çox sosial güzəştlər verə bilirik. Bu səbəbdən SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının Qarabağ Universitetində olması ilə əlçatanlığı təmin edə biləcəyik” – deyə nazir qeyd.