Son Xəbərlər
Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025 mövsümünün final oyununun
Türkmənlər yeni Suriya administrasiyasında təmsil olunmaq istəyirlər.
8 yanvar 2025-ci il tarixində “Kapital Bank”ın 25 000 000 (iyirmi beş milyon)
Azərbaycan “Henley & Partners” şirkətinin 2025-ci ilin I rübü üçün dərc
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə
2024-cü ildə Azərbaycandan hava nəqliyyatı ilə 42 ölkəyə 3 milyon 369,4 min
Bəşşar Əsəd rejiminin devrilməsindən bu yana Türkiyədən 52 min 622 suriyalı öz
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycan
Azərbaycanda dövlətin qiymət tənzimlənməsi siyasəti vətəndaşların maliyyə
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft
banner

Ceyhun Bayramov: 4 kəndin Azərbaycana qaytarılması normallaşma prosesinə müsbət töhfə verir

30 may 2024, 14:15
Ceyhun Bayramov: 4 kəndin Azərbaycana qaytarılması normallaşma prosesinə müsbət töhfə verir

Bugünkü görüşümüzdə mən pakistanlı həmkarımı regiondakı post-münaqişə vəziyyəti barədə məlumatlandırdım.

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabadda pakistanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib. Nazirin sözlərinə görə, həmçinin Azərbaycanın işğaldan azad olunan torpaqlarında həyata keçirdiyi reabilitasiya və yenidənqurma işləri barədə Pakistan XİN rəhbərini məlumatlandırıb: “Qeyd etdim ki, uzunmüddətli mina problemi bizim səylərimizə mane olur”.

XİN rəhbəri qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədinin müəyyən hissəsində delimitasiya ilə bağlı son razılaşma və Ermənistanın uzun müddətdir işğal etdiyi 4 kəndin Azərbaycana qaytarılması normallaşma prosesinə müsbət töhfə verir: “Azərbaycan sülh prosesinə sadiqdir və biz ümid edirik ki, bu, bütövlükdə firavan və təhlükəsiz region üçün müsbət nəticələr verəcək”.