Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

ANAMA sədri: Bir milyondan çox minanın hələ də çıxarılmadığı ehtimalı var

30 may 2024, 13:30
ANAMA sədri: Bir milyondan çox minanın hələ də çıxarılmadığı ehtimalı var

İşğaldan azad edilmiş ərazilərimizin 10 285 kvadrat kilometri mina və partlamamış hərbi sursatlarla müxtəlif səviyyələrdə çirklənmiş hesab olunur.

Liderxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Zəngilanda keçirilən 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının açılışında bildirib. Onun sözlərinə görə, bir milyondan çox minanın hələ də çıxarılmadığı ehtimalı var:

“Bundan başqa, işğal dövründə çaylar da böyük miqdarda çirkləndirilib. Eyni zamanda, ətraf minalardan başqa digər partlayıcılarla da çirklənib. Ümumi olaraq 44 günlük müharibədən sonra 361 nəfər minaların qurbanı olub, 293 nəfər ağır xəsarət alıb. 1991-ci ildən bəri isə 3000-dən çox vətəndaş minanın qurbanı olub. Minanın olması ərazidə və bölgədə böyük problemə çevrilib. 900-ə yaxın yaşayış yeri dağıdılıb, torpaqlar istifadəsiz qalıb və kənd təsərrüfatına ziyan vurulub. Bu da böyük ekoloji problemə çevrilir. Tərtər, Həkəri, Qarqar çayları da işğal zamanı böyük ekoloji çirklənməyə məruz qalıb”

Qeyd edilib ki, bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizlənib.