Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Azərbaycan Beynəlxalq Zeytun Şurasına üzv qəbul edilib

30 may 2024, 13:51
Azərbaycan Beynəlxalq Zeytun Şurasına üzv qəbul edilib

Azərbaycan zeytun yağı və süfrəlik zeytun istehsal və istehlak edən ölkələri bir araya gətirən və BMT-nin himayəsi altında fəaliyyət göstərən Beynəlxalq Zeytun Şurasına (International Olive Council – IOC) üzv qəbul edilib.

Liderxeber.az bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir. 1959-cu ildə yaradılmış IOC-un üzvləri sırasına Albaniya, Argentina, Azərbaycan, Avropa İttifaqı ölkələri, Əlcəzair, Bosniya və Herseqovina, Misir, Gürcüstan, İran, İsrail, İordaniya, Livan, Liviya, Monteneqro, Mərakeş, Fələstin, Səudiyyə Ərəbistanı, Tunis, Türkiyə, Uruqvay və Özbəkistan daxildir.

Şuranın fəaliyyətinə tədqiqat, təlim və texnologiya transferi üzrə beynəlxalq texniki əməkdaşlığın təşviq edilməsi, ticarət standartlarının inkişaf etdirilməsi, məhsulun keyfiyyətini artırmaqla zeytun yağı və süfrə zeytununun payının beynəlxalq ticarətdə artırılması, özəl sektorla sıx əməkdaşlıq etmək üçün hökumət nümayəndələri və ekspertlər arasında görüşlərin keçirilməsi və s. daxildir.