Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Hesablama Palatası 125 ölkə arasında ən böyük göstəriciyə nail olub

30 may 2024, 09:50
Hesablama Palatası 125 ölkə arasında ən böyük göstəriciyə nail olub

Büdcəyə nəzarət üzrə ali audit orqanlarının (AAO) subindeksi üzrə Azəbaycan Hesablama Palatasının fəaliyyəti 100 baldan 100 olmaqla, "adekvat" nəticə kimi çox yüksək qiymətləndirilib. 

Bu barədə "Beynəlxalq Büdcə Əməkdaşlığı" (International Budget Partnership (IBP) təşkilatı tərəfindən hazırlanan "Açıq Büdcə İndeksi" (ABİ) üzrə 2023-ci ili əhatə edən hesabatda deyilir.

Hesabata əsasən, büdcə proseslərinin şəffaflığı, büdcə məlumatlarının ictimaiyyət üçün əlçatanlığı qiymətləndirilib. Qeyd edək ki, əvvəlki hesabatla (2021-ci ili əhatə edən) müqayisədə Hesablama Palatası nəticəsini 11 bal yaxşılaşdırıb.
ABİ-nin hazırlanmasında ali audit orqanının fəaliyyətinə aid edilən audit hesabatı 7 sualla əhatə edilib və bu suallardan 4-ü üzrə Hesablama Palatası maksimum 100 ballıq nəticə alıb.

Hesablama Palatasının fəaliyyəti ilə bağlı qiymətləndirmənin nəticəsi 125 ölkə arasında bal baxımından ən böyük göstəricidir.
Hesablama Palatası ilə yanaşı, Birləşmiş Krallıq və Cənubi Afrika Respublikasının AAO-ları da 100 bal toplayıblar.