Son Xəbərlər
Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025 mövsümünün final oyununun
Türkmənlər yeni Suriya administrasiyasında təmsil olunmaq istəyirlər.
8 yanvar 2025-ci il tarixində “Kapital Bank”ın 25 000 000 (iyirmi beş milyon)
Azərbaycan “Henley & Partners” şirkətinin 2025-ci ilin I rübü üçün dərc
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə
2024-cü ildə Azərbaycandan hava nəqliyyatı ilə 42 ölkəyə 3 milyon 369,4 min
Bəşşar Əsəd rejiminin devrilməsindən bu yana Türkiyədən 52 min 622 suriyalı öz
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycan
Azərbaycanda dövlətin qiymət tənzimlənməsi siyasəti vətəndaşların maliyyə
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft
banner

“Bununla bağlı xüsusi tapşırıq vermişdim” - İlham Əliyev

29 may 2024, 09:00
“Bununla bağlı xüsusi tapşırıq vermişdim” - İlham Əliyev

“Antiterror əməliyyatından dərhal sonra dedim ki, birinci növbədə biz Xocalını bərpa etməliyik”.

Liderxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı məlumat verib. Həmin dialoqu təqdim edirik: Sakin: Bəli, cənab Prezident, demək olar ki, 30 ildir. Bizim əhali XX əsrin faciəsini yaşayıb, Xocalı faciəsini. Burada olan bütün insanlar o faciədən çıxmış insanlardır. Bütün bunlara baxmayaraq, bu gün biz kədərli olsaq da, sevincimizin həddi-hüdudu yoxdur. Kədərliyik ona görə ki, Xocalı faciəsini yaşamışıq, Xocalı faciəsindən çıxmışıq. Xocalıda elə bir ailə yoxdur ki, həmin faciə vaxtı itki verməsin, şəhid verməsin. Yəni, bütün bunlara baxmayaraq, Sizin xarici və daxili siyasətiniz nəticəsində bizim torpaqlarımız azad edildi. Daha sonra keçən ilin sentyabr ayında antiterror əməliyyatı nəticəsində Xocalımız separatçı ermənilərdən təmizləndi və azad edildi. Sizin sayənizdə qısa müddət ərzində Xocalımız belə gözəlləşdi.

Prezident İlham Əliyev: Səkkiz aya.

Sakinlər: Səkkiz aya, bu, möcüzədir. Səkkiz aya bax belə quruculuq işləri aparıldı.

Prezident İlham Əliyev: Mən xüsusi tapşırıq vermişdim, antiterror əməliyyatından dərhal sonra dedim ki, birinci növbədə biz Xocalını bərpa etməliyik.