Son Xəbərlər
Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025 mövsümünün final oyununun
Türkmənlər yeni Suriya administrasiyasında təmsil olunmaq istəyirlər.
8 yanvar 2025-ci il tarixində “Kapital Bank”ın 25 000 000 (iyirmi beş milyon)
Azərbaycan “Henley & Partners” şirkətinin 2025-ci ilin I rübü üçün dərc
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə
2024-cü ildə Azərbaycandan hava nəqliyyatı ilə 42 ölkəyə 3 milyon 369,4 min
Bəşşar Əsəd rejiminin devrilməsindən bu yana Türkiyədən 52 min 622 suriyalı öz
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycan
Azərbaycanda dövlətin qiymət tənzimlənməsi siyasəti vətəndaşların maliyyə
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft
banner

Bu dəfə özümüzdən... - Azərbaycanda ilk

28 may 2024, 15:41
Bu dəfə özümüzdən... - Azərbaycanda ilk

Azərbaycan istehsalı olan 10 ədəd yeni minatəmizləmə maşınları Qarabağda əməliyyatlara cəlb olunub.

Liderxeber.az xəbər verir ki, söhbət “Revival P” texnikalarından gedir. Belə ki, sözügedən maşınlar artıq ANAMA-nın işçilərinə təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Revival P” işğaldan azad olunan ərazilərdə minatəmizləmə işlərini həyata keçirəcək ilk yerli istehsal olan texnikalarıdır. Onu da deyək ki, “Revival” qurğuları uzaqdan idarə oluna bilən və operatorun təhlükəsizliyini təmin edən, ən müasir texnologiyaya əsaslanaraq güclü mühərrik və xüsusi avadanlıqlarla təchiz edilmiş piyada və tank əleyhinə minatəmizləmə maşınlarıdır.  Onlar eyni zamanda, xüsusi dizaynı sayəsində ətraf mühitə minimal ziyan vurmaqla səmərəli işi təmin edir.  Bu texnikaların minatəmizləmə qabiliyyəti saatda 2500 kvadratmetr, işləmə sürəti isə saatda 0.5-1.5 kilometrdir. Onların 7 kq TNT-yə bərabər partlayışa davamlılıq qabiliyyətinin olması artıq öz təsdiqini tapıb. Qeyd edək ki, bundan öncə işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi prosesinə Slovakiya istehsalı olan “Bozena-5”, Türkiyə istehsalı “MEMATT” texnikaları da cəlb olunub. Azərbaycan “Bozena-5”i  2008-ci ildə əldə etmişdisə, “MEMATT” Vətən müharibəsindən sonra ölkəmizə gətirilib.