Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Biləsuvarda bu il taxıl əkini aparılan sahələr azalıb

27 may 2024, 21:10
Biləsuvarda bu il taxıl əkini aparılan sahələr azalıb

Biləsuvar rayonunda bu il taxıl əkini aparılan sahələr 5 min hektara yaxın azalıb.

Liderxeber.az-ın məlumatına görə, ötən il 39 min 270 hektar sahədə taxıl əkini aparılıb. Lakin bu il əkin aparılan sahələr 34 min 295 hektara düşüb. Fermerlərin sözlərinə görə, bunun əsas səbəbi ötən ilin yaz mövsümündə kəskin su qıtlığı və havanın quraq keçməsi olub. Uzun müddət atmosfer çöküntüləri (yağış, çiskin, duman, qar) olmadığı üçün rayonda taxılçılığın əsas bazasını təşkil edən dəmyə taxıl sahələri ciddi şəkildə quraqlıqdan məhv olub. Dəmyə taxıl sahələrində də bu səbəbdən azalma müşahidə olunur. Qeyd edək ki, cari ildə rayon ərazisində əkilən taxılın 9 min 974 hektarını buğda, 24 min 321 hektarını isə arpa sahəsi təşkil edir.