Son Xəbərlər
Paytaxtda mikromobillik imkanları artırılır. Liderxeber.az -ın xəbərinə görə,
ABŞ prezidenti Cozef Bayden tüğyan edən kütləvi yanğınlar səbəbindən
Çadın paytaxtı Ncamena şəhərinin mərkəzində prezident sarayına edilən hücumda
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Liderxeber.az- a
2023-cü ilin oktyabrından Qəzza zolağında humanitar təşkilatların 369 işçisi
Minifutbol üzrə Azərbaycan millisinin üzvü Elvin Əlizadə Avropanın ən yaxşısı
Azərbaycanda Ramazan ayı martın 1-də başlayacaq. Liderxeber.az xəbər verir ki,
“Sumqayıt” baş məşqçisi Vaqif Cavadovla müqavilə müddətini artırıb.
Nazirlər Kabineti “Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin
“Avropa İttifaqının mülki missiyası Ermənistan və Azərbaycan sərhədində
banner

Azərbaycan Əmmanda keçirilən investisiya forumunda təmsil olunub

27 may 2024, 18:02
Azərbaycan Əmmanda keçirilən investisiya forumunda təmsil olunub

İordaniyanın paytaxtı Əmman şəhərində İslam Ticarət və İnkişaf Palatasının təşkilatçılığı ilə illik əsasda keçirilən “Rəqəmsal iqtisadiyyatda investisiya forumu” öz işinə başlayıb.

Bu barədə Liderxeber.az-a Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) məlumat verilib. Bildirilib ki, tədbirdə Azərbaycanı ASK təmsil edir. İki gün davam edəcək forumda iqtisadiyyatın rəqəmsallaşması və bu sahədə dünyadakı trendlər müzakirə edilir. Panellərdə “Rəqəmsal iqtisadiyyata investisiyaların stimullaşdırılmasında hökumətlərin rolu”, “Rəqəmsal iqtisadiyyatın inkişafında Ticarət Palatalarının və Biznes İnstitutlarının rolu”, “E-ticarət”, “Üzv ölkələr üçün investisiya imkanları təqdimatları” mövzuları müzakirə edilir. Məlumata görə, forum çərçivəsində ASK-nın İordaniyada səfərdə olan nümayəndə heyəti İslam Ticarət və İnkişaf Palatasının, “Al-Baraka” banklar qrupunun prezidenti Abdullah Saleh Kamil ilə görüşüb. Görüş təşkilatlar arasında əlaqələrin inkişafına həsr olunub. Həmçinin, Palataya üzv ölkələrdə aparılan təhlillər əsasında illik əsasda aktual mövzulara dair forumların keçirilməsi strategiyası ətrafında fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində qonaqlara bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP-29 tədbiri haqqında geniş məlumat verilib. İslam Ticarət və İnkişaf Palatasının COP-29-da iştirakı müzakirə edilib. Həmçinin, forumu çərçivəsində ASK-nın nümayəndə heyəti İslam Ticarət və İnkişaf Palatasının Baş katibi Yusif Xələvi ilə görüşüb. Görüşdə təşkilatlar arasındakı əlaqələr, Azərbaycanda illik əsasda “Dayanıqlı kənd təsərrüfatı forumu”nun keçirilməsi üçün müvafiq texniki məsələlər müzakirə edilib.

Sözügeden forumun keçirilməsinin təşkilata üzv ölkələr arasında əlaqələrin genişlənməsi, xüsusən də Azərbaycanın kənd təsərrüfatı sektoruna investisiyaların cəlb edilməsi və ölkəmizdə istehsal edilən məhsulların təşkilata üzv ölkələrin bazarlarına ixrac edilməsi potensialı haqqında fikir mübadiləsi aparılıb. Eyni zamanda, forumda təşkilata üzv ölkələrin məhsullarının Azərbaycanın logistika imkanlarından istifadə etməklə Qafqaz və MDB ölkələrinə ixrac edilməsi imkanları təhlil edilib. Forum çərçivəsində İordaniya Ticarət və Sənaye Palatasının sədri Xalil Elhaj Tavfiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə də ASK nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Azərbaycanın gələcək illərdə forumda daha geniş heyətlə, xüsusilə iqtisadiyyatın rəqəmsallaşmasına maraq göstərən sahibkarlarla təmsil olunması perspektivi vurğulanıb. Forumun təşkilatçısı olan İslam Ticarət və Sənaye Palatasının bu fəaliyyəti təqdir edilib və Azerbaycanda da bu nümunədə “Dayanıqlı kənd təsərrüfatı forumu”nun keçirilməsinin razılaşdırıldığı qeyd olunub. İordaniya Ticarət və Sənaye Palatası, Azərbaycanda baş tutacaq bu foruma indidən maraq göstərən yerli şirkətlərin olduğunu bildirib. O cümlədən, ölkələr arasında turizm potensialı, tikinti və əczaçılıq sahəsində muvafiq əməkdaşlıq imkanlarının mövcudluğu vurğulanıb və bu istiqamətdə qarşılıqlı biznes səfərlərinin həyata keçirilməsi barədə razılıq əldə edilib. Qərara alınıb ki, hər iki biznes təşkilatı əməkdaşlığa dair memorandum imzalasınlar. Görüşdə həmçinin Azərbaycanda keçiriləcək mötəbər COP-29 tədbiri ilə bağlı İordaniyanın biznes nümayəndələrinə geniş məlumat verilib.