Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Deputatdan müəllimlərin əməkhaqları ilə bağlı MÜHÜM TƏKLİF

27 may 2024, 13:47
Deputatdan müəllimlərin əməkhaqları ilə bağlı MÜHÜM TƏKLİF

"Azərbaycanda sertifikasiyadan keçən müəllimlərin əməkhaqlarının yeni mexanizm əsasında diferensial olaraq artırılması təklif olunub".

Bu sözləri Liderxeber.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib. Deputat qeyd edib ki, bununla bağlı ötən il Elm və Təhsil Nazirliyinə müraciət də ünvanlayıb: "Milli Məclisdə müzakirələr zamanı da bu məsələ qaldırılıb. Məqsəd 80 faizdən yüksək bal yığmış müəllimlərin maaşlarında 35 faiz artıma nail olmaqdır. Çünki mövcud qaydalara əsasən 51 bal yığmış müəllimin əməkhaqqı 35 faiz, 50 bal yığmış müəllimin isə 10 faiz artır. Beynəlxalq qiymətləndirmə sisteminə əsasən, 80 faizdən çox bal toplamış müəllimlərdə vahid qiymətləndirmə balları tətbiq olunur. 80 faiz 48 bal olduğuna görə, biz 51 balı deyil, məhz 48 balı əsas kimi götürülməsini təklif etmişik. 48 baldan az bal yığmış müəllimlər üçün isə diferensial artımlar təklif edilib".