Son Xəbərlər
Paytaxtda mikromobillik imkanları artırılır. Liderxeber.az -ın xəbərinə görə,
ABŞ prezidenti Cozef Bayden tüğyan edən kütləvi yanğınlar səbəbindən
Çadın paytaxtı Ncamena şəhərinin mərkəzində prezident sarayına edilən hücumda
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Liderxeber.az- a
2023-cü ilin oktyabrından Qəzza zolağında humanitar təşkilatların 369 işçisi
Minifutbol üzrə Azərbaycan millisinin üzvü Elvin Əlizadə Avropanın ən yaxşısı
Azərbaycanda Ramazan ayı martın 1-də başlayacaq. Liderxeber.az xəbər verir ki,
“Sumqayıt” baş məşqçisi Vaqif Cavadovla müqavilə müddətini artırıb.
Nazirlər Kabineti “Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin
“Avropa İttifaqının mülki missiyası Ermənistan və Azərbaycan sərhədində
banner

Azərbaycanda ilk dəfə “Bakı Sürət Festivalı” keçirilib

27 may 2024, 10:35
Azərbaycanda ilk dəfə “Bakı Sürət Festivalı” keçirilib

Azərbaycan Avtomobil Federasiyasının, “Caspian Event Organisers” və “Bakı Şəhər Halqası” Əməliyyat şirkətlərinin birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Bakı Sürət Festivalı” keçirilib.

Liderxeber.az xəbər verir ki, festival çərçivəsində avtomobil sərgisi təşkil edilib. Sərgidə müxtəlif brend avtomobillərin test-drayvı olub.

Ən yaxşı drift pilotlarının ekstremal şəraitdə öz bacarıqlarını və sürücülük məharətlərini göstərdikləri drift şousu festivalın tamaşaçıları tərəfindən maraqla qarşılanıb. Onlar avtomobil sənayesinin aparıcı istehsalçılarının ən son yeniliklərini kəşf etmək imkanı qazanıblar.

Tədbirdə bütün dünyada çoxsaylı pərəstişkarları cəlb edən dinamik yürüşləri ilə tanınan “Legend Cars Challenge Baku” yarışı da keçirilib. Yarışda 1930-1940-cı illərin klassik ABŞ üslubunda hazırlanmış avtomobillərdən istifadə olunub. Güclü “Yamaha” motosiklet mühərrikləri ilə təchiz edilmiş bu avtomobillər sürətli və manevr qabiliyyəti ilə seçilir.

İdman üslubunda hazırlanmış klassik avtomobillərin xüsusi quraşdırılmış trasda yarışı olub. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən “Legend Cars Challenge Baku” yarışının qalibi Elçin Həsənov olub. Murad Həsənov ikinci, Gülhüseyn Abdullayev isə üçüncü yeri tutublar.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Mükafatları qaliblərə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdim ediblər.

Qeyd edək ki, festivalın məqsədi regionda avtomobil idmanını populyarlaşdırmaq, eləcə də avtomobil sənayesində son nailiyyətləri nümayiş etdirmək üçün platforma yaratmaqdır.