Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

26 may 2024, 21:33
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Qobustan və Xəzər rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Liderxeber.az xəbər verir ki, bu barədə "Azəriqaz" (İB) məlumat yayıb. "Qaz İxrac" İdarəsinə məxsus "Mozdok-Qazıməmməd" yüksəktəzyiqli magistral qaz kəmərinin 279-cu km-də, "Yeni Binə" QPS-də giriş kollektorunun fləns birləşməsində aşkarlanmış qaz sızmalarının ləğvi və "Zirə-Şimal DRES" magistral qaz kəmərində aparılacaq təmir işləri ilə bağlı 27.05.2024-cü il tarixində saat 11:00-dan etibarən işlər başa çatanadək "Mərəzə", saat 10:00-dan isə "Yeni Binə-2 əhali", "Yeni Binə-1 sənaye","Zirə 4", "28 May sənaye", "Zirə Qəbul (Paralel)" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır", - İstehsalat Birliyi xəbərdarlıq edib. Qeyd olunub ki, "təmir işləri aparılan müddətdə Qobustan rayonunun (Mərəzə şəhəri daxil olmaqla rayonunun 12 kəndi, 130 qeyri-yaşayış sahəsi) bir hissəsinin, paytaxtın Xəzər rayonunun (Binə sovxozu, Mehriban qonşular və Gürcüstanlılar yaşayış massivləri, Zirə qəsəbəsi, Dübəndi, Dənizkənarı küçəsi və 35 qeyri-yaşayış sahəsi) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq".