Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Prezidentin əfv sərəncamı Naxçıvanda bir nəfərə şamil olunub

26 may 2024, 13:44
Prezidentin əfv sərəncamı Naxçıvanda bir nəfərə şamil olunub

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvanda da müvafiq işlər həyata keçirilir.

Liderxeber.az-ın xəbərinə görə, bu gün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzaçəkən bir nəfər azadlığa buraxılıb. Tədbirdə xidmətin rəis müavini, ədliyyə kapitanı Eltural Vəzirov Sərəncamın əhəmiyyətinə toxunub, azadlığa çıxan vətəndaşa buraxılış vərəqəsini təqdim edərək ona gələcək həyatında uğurlar arzulayıb. Azad olunan Ümid Bağırov və atası Allahverdi Bağırov, ailə üzvləri əfvi dövlətin vətəndaşına göstərdiyi qayğının təzahürü, insan hüquq və azadlıqlarının təmini istiqamətində atılan növbəti humanist addım kimi dəyərləndirib, dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Penitensiar Xidmətin qeydiyyat bölməsinin rəisi, ədliyyə mayoru Musa Hüseynov açıqlamasında bildirib ki, cəzaçəkmə müəssisələrində məhbusların cəmiyyətə adaptasiyası, gələcək azadlıq həyatlarını islaholunmuş şəkildə düzgün qurmaları üçün də mütəmadi tədbirlər həyata keçirilir. Bu gün azadlığa çıxan Ümid Bağırov da bu baxımdan yaradılan şəraitdən yararlanıb, cəza müddətində müvafiq kurslara cəlb olunaraq sertifikatla təmin edilib. Bu da vətəndaşın azad həyata tez zamanda uyğunlaşmasına və məşğulluğunun təminatına imkan verəcək.