Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Ölkəyə idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

25 may 2024, 11:45
Ölkəyə idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan bioloji aktiv qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan Liderxeber.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Türkiyə və İtaliya respublikalarından ölkəmizə idxal olunan bioloji aktiv qida məhsullarından nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Belə ki, aparılan sınaq nəticələrinə əsasən, Türkiyədən “Lilit” MMC-nin idxal etdiyi “İlaçsan Medikal Sanayi və Dış Ticaret Limited” müəssisəsinin istehsalı olan ümumi sayı 5250 ədəd olmaqla “Aminopanten” əmtəə nişanlı bioloji aktiv qida məhsulunda “Sink” və “Maqnezium qlisinat”, “Healthy Life” MMC-nin idxal etdiyi “Pharmanor İlaç San. Tic. LTD” müəssisəsinin istehsalı olan ümumi sayı 4500 ədəd olmaqla “Depovit New” əmtəə nişanlı və “Pharma Standart İlaç Medikal LTD ŞTİ” müəssisəsinin istehsalı olan “Desol-D3” əmtəə nişanlı bioloji aktiv qida məhsulunda “Vitamin D3” miqdarının məhsulların etiket məlumatlarında göstərilən həddən dəfələrlə aşağı olduğu müəyyən edilib. Eyni zamanda "El Kompaniya" MMC-nin İtaliya Respublikasından idxal etdiyi “PNK Farmaceutici S.P.A.” müəssisəsinin istehsalı olan ümumi sayı 1500 ədəd olmaqla “İmmunovis” əmtəə nişanlı bioloji aktiv qida məhsulunda “Sink qlükonat” miqdarının məhsulun etiket məlumatlarında göstərilən həddən yuxarı və “Vitamin D3” miqdarının isə aşağı olduğu müəyyən edilib. Aşkarlanan uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.