Son Xəbərlər
Azərbaycan ərazisində fevralın 8-nə gözlənilən hava şəraiti haqqında proqnoz
"Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına
Bakı məktəblərində təhlükəli oyunla bağlı araşdırma aparılıb. Sosial şəbəkədə
5 yox, 3 uşağı olanlar da çoxuşaqlı ailə hesab ediləcək. Liderxeber.az məlumat
ADY paytaxt Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə
Böyük Britaniya hökuməti "Apple" şirkətindən bütün dünya üzrə
Dövlət İmtahan Mərkəzi tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış
"Bakı şəhərində iki böyük parkın istifadəyə verilməsi nəzərdə
Bakıda güclü külək ağacı qopararaq parklanmış avtomobillərin üzərinə atıb.
Xəbər verdiyimiz kimi, Prezidentin imzaladığı Sərəncamla Anar Əliyev əmək və
banner

İşğaldan azad edilmiş ərazilərdə sahibkara dövlət zəmanəti ilə ilk kredit verilib

24 may 2024, 22:48
İşğaldan azad edilmiş ərazilərdə sahibkara dövlət zəmanəti ilə ilk kredit verilib

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən rezidentlərin maliyyəyə çıxışı artıq həll edilib".

Liderxeber.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov deyib. Onun sözlərinə görə, hökumət 500 milyon manat həcmində kredit portfeli təqdim edib: "Bu kreditlərin 450 milyon manatına dövlət zəmanəti verilib. Dövlət zəmanəti ilə kreditlərdən bu ərazidə çalışanlar istifadə edə bilərlər".

Ə.Məmmədov bildirib ki, bu ərazilərdə fəaliyyət göstərən bir sahibkar üçün bir kreditin məbləği beş milyon manatı keçməmək şərti ilə dövlət zəmanəti verilir. Bu kreditlərin müddəti yeddi il nəzərdə tutulur. "Burda əsas məsələ kredit faizlərinin subsidiyalaşdırılmasıdır. 10%-ə qədəri dövlət tərəfindən subsidiyalaşdırılır. Bu ilin fevral ayının əvvəlindən elektron kredit və zəmanət informasiya sistemi fəaliyyət göstərir. Bu portal üzərindən artıq müraciət də qəbul edilib. İlk sahibkar 800 min manat kreditə 720 min manat dövlət zəmanəti ilə vəsait götürüb. Bu proses davam edir", - DVX-nın Baş İdarənin rəisi qeyd edib.