Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Azərbaycan Şahmat Federasiyasının büdcəsi təsdiqlənib

24 may 2024, 16:55
Azərbaycan Şahmat Federasiyasının büdcəsi təsdiqlənib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) büdcəsi təsdiqlənib.

Liderxeber.az xəbər verir ki, bu, qurumun növbəti konfransında həllini tapıb. AŞF-nin birinci vitse-prezidenti Faiq Həsənov 2023-cü ilin yekunlarına dair hesabatla çıxış edib. 2023-cü il üzrə büdcə hesabatı dinlənilib və təsdiq olunub. Cari ilin büdcəsi də müzakirə olunaraq qəbul edilib. Qurumun nəzdində fəaliyyət göstərən Hakimlər, Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik, Regional İnkişaf, Qadın və Sosial məsələlər üzrə komissiyaların 2023-cü ildə görülən işlər barədə məruzələri dinlənilib və 2024-cü il üçün planları açıqlanıb. AŞF-nin prezidenti Mahir Məmmədov şahmat veteranlarının təqaüd proqramı barədə məlumat verib. O, Azərbaycan şahmatının inkişafında səmərəli fəaliyyət göstərən Ələmdar Məmmədov, Gennadi Qelman və Elmira Əliyevanı yubiley münasibəti ilə təbrik edib. Onlara AŞF adından təşəkkürnamə və 3000 manat pul mükafatı təqdim olunub.