Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

“Bu qadınlar işə 1 saat gec gəlib, 1 saat tez getməlidir”

24 may 2024, 16:30
“Bu qadınlar işə 1 saat gec gəlib, 1 saat tez getməlidir”

“Ailə Məcəlləsinə ailəli, uşaqlı qadınların işə 1 saat gec gəlib, işdən 1 saat tez getməsini təmin edən maddənin salınması vacibdir”.

Liderxeber.az xəbər verir ki, bu fikirləri deputat Tahir Rzayev Milli Məclisin plenar iclasında deyib.Deputat bildirib ki, qadınlar səhər uşaqlarını məktəbə yola salır, həyat yoldaşlarına çay süfrəsi hazırlayıb işə vaxtında getməsini təmin edir: “İşdən gəldikdən sonra isə ev işləri ilə, uşağının dərsləri ilə məşğul olur. Ona görə də özünə baxmağa və istirahət etməyə vaxt tapmır. Qaça-qaça işə gedir, tələsik gəlir, yeməyi vaxtında yeyə bilmir, bəzən ərinin qayğıları ilə lazımınca məşğul ola bilmir, yorulur, əldən düşür. Bəzi qadınlarımız Sumqayıtdan, Mərdəkandan Bakının mərkəzinə işə gəlir. O zaman onların hansı vəziyyətdə olmasını təsəvvür edə bilərsiniz”.