Son Xəbərlər
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 21 sentyabr 2023-cü il tarixli
"İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə
İspaniyanın "Mundo" qəzeti amerikalı sahibkar İlon Maskı XXI əsrin
“Caspian Energy Club” bu ilin iyun ayından etibarən Azərbaycan Respublikası
Nazirlər Kabineti sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Azərbaycan
Bu gün Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş
İraq türkmanları parlament qrupunun rəhbəri Ərşad Salehi AZAL-a məxsus
Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlərin əziz
Ombudsman Aparatında təyyarə qəzasında həyatını itirmiş şəxslərin xatirəsi yad
banner

Onlara dini kəbinin kəsilməsi qadağan edilir

24 may 2024, 15:59
Onlara dini kəbinin kəsilməsi qadağan edilir

Azərbaycanda uşaq hüquqları ilə bağlı yeni sənədlər hazırlanır.

Liderxeber.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva məlumat verib. O qeyd edib ki, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” əsasında hazırlanan iki sənəd yekunlaşıb, qəbul olunub: “Bunlar fövqəladə hallarda, pandemiya və s. durumda uşaqların təhsilə və digər sosial xidmətlərə əlçatanlıqda bərabərliyin təmin edilməsi və xarici ölkələrdəki yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının ölkəmizə repartiasiyasi haqqında sənədlərdir. Növbəti 3 sənəd isə demək olar, son mərhələdədir. Bu il həmin sənədlər qəbul olunacaq”. Sədr müavinin sözlərinə görə, uşaq hüquqları ilə bağlı qanun layihəsi artıq aidiyyəti qurumların rəy mərhələsindədir. O qeyd edib ki, qanun layihəsində uşaqlarla bağlı inzibati və məhkəmə icrası ilə əlaqədər yeni tələblər yer alıb. Sədr müavinin sözlərinə görə, uşaq hüquqları ilə bağlı yeni hazırlanan qanunda bu kimi bir çox önəmli məqamlar öz əksini tapıb. Sədr müavini qanunla nikah yaşına çatmayan şəxslərə dini kəbinin kəsilməsinin qadağan edilə biləcəyini vurğulayıb.