Son Xəbərlər
Minifutbol üzrə Azərbaycan millisinin üzvü Elvin Əlizadə Avropanın ən yaxşısı
Azərbaycanda Ramazan ayı martın 1-də başlayacaq. Liderxeber.az xəbər verir ki,
“Sumqayıt” baş məşqçisi Vaqif Cavadovla müqavilə müddətini artırıb.
Nazirlər Kabineti “Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin
“Avropa İttifaqının mülki missiyası Ermənistan və Azərbaycan sərhədində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də İran İslam
"Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialına məxsus
Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov vəfat edib.
Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi Nurəddin Cəlilovla
Paytaxtın Xətai rayonu ərazisində yerləşən “Ukrayna dairəsi”ndə yol
banner

Əmək pensiyalarının ödənilməsi xərcləri artırılır

24 may 2024, 14:21
Əmək pensiyalarının ödənilməsi xərcləri artırılır

Əmək pensiyalarının ödənilməsi xərcləri 25 milyon manat artırılır.

Liderxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.Layihəyə əsasən əhaliyə ödənişlər üzrə xərclər 6 681 580 000,0 manatdan 6 706 580 000,0 manata qaldırılır. Bu çərçivədə əmək pensiyalarının ödənilməsi xərcləri 6 500 000 000,0 manatdan 6 525 000 000,0 manata çatacaq.Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcləri 78 500 000,0 manatdan 78 530 000,0 manata, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin saxlanılması xərcləri 130 110 000,0 manatdan 135 080 000,0 manata qaldırılır.