Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Dövlət Xidməti gənclər üçün daha bir tədbir keçirdi

24 may 2024, 10:30
Dövlət Xidməti gənclər üçün daha bir tədbir keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən elan edilmiş “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə və “28 May-Müstəqillik Günü”nə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev irsi: gənclərin vətənpərvərlik ruhunun formalaşdırılmasında rolu” elmi-praktiki seminar keçirilib.  

Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Elnur Allahverdiyev, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, 44 günlük Vətən müharibəsi iştirakçıları Vətən Müharibəsi Qəhrəmanları polkovnik-leytenant Anar Mirzəyev, baş leytenant Qəzənfər Ağayev və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Füzuli İsmayılov ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasəti nəticəsində gənc nəslin inkişafı, bilik və bacarıqlarının təmin olunması üçün hər cür şəraitin yarandığını bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan şanlı qələbələrdə Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdiyini qeyd edib. Həmçinin postmüharibə dövründə gənclər arasında vətənpərvərlik hisslərinin təbliğ olunmasının da vacib olduğunu vurğulayıb.