Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Slovakiya XİN Robert Fitso ilə bağlı paylaşımına görə Prezident İlham Əliyevə təşəkkür edib

16 may 2024, 17:59
Slovakiya XİN Robert Fitso ilə bağlı paylaşımına görə Prezident İlham Əliyevə təşəkkür edib

Slovakiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

REYD.az xəbər verir ki, XİN Azərbaycan Prezidentinin Slovakiya Baş naziri Robert Fitsoya silahlı hücumu pisləməsini və dəstəyini yüksək qiymətləndirib.

Slovakiya XİN-in “X” hesabında Azərbaycan Prezidentinə dərhal verdiyi reaksiyaya və dəstək sözlərinizə görə təşəkkür ifadə edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsoya silahlı hücumla bağlı “X” səhifəsində paylaşım edib.

“Baş nazir Robert Fitsoya edilən sui-qəsddən təəccübləndim və dəhşətə gəldim. Mən bu hücumu şiddətlə qınayıram. Mənim fikrim Baş nazir Fitso, onun ailəsi və slovak xalqının yanındadır. Ona tezliklə sağalmağı arzulayıram”, - dövlət başçısı paylaşımında bildirib.