Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

TƏBİB-dən təqdirə layiq addım!

16 may 2024, 17:26
TƏBİB-dən təqdirə layiq addım!

Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar

Yaranmış situasiyadan çıxış yolu kimi doğuş prosesini təcili tibbi yardım avtomobilində həyata keçirən iki fərqli təcili tibbi yardım briqadasının əməkdaşları göstərdikləri çevik, operativ və nümunəvi xidmətə görə TƏBİB rəhbərliyi tərəfindən mükafatlandırılıblar.

Onlar 6 may tarixində Bakı şəhərində xəstəxanaya aparılarkən yolda baş verən doğuş prosesini, eləcə də 15 may tarixində İsmayıllı rayonunda yaranmış əlverişsiz hava şəraitinə görə yolda qalan hamilə qadına kömək etməklə doğuş prosesini təcili tibbi yardım avtomobilində gerçəkləşdirən tibb işçiləridir.

Bu gün TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov tərəfindən həmin əməkdaşlar - Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili və təxirəsalınmaz tibbi yardım həkimi Nərmin Pənahova, feldşer Xatunə İbrahimova, sürücü Aftandil Əhmədov, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının mama-ginekoloqu Afaq Mirzəyeva, mama İlahə Adgözəlova, feldşer Ramin Şıxaliyev və sürücü Gülağa Abdullayev təcili tibbi yardım xidmətinin nümunəvi və səmərəli təşkilinə görə təltif ediliblər.

Xatırladaq ki, təcili tibbi yardım avtomobilində idarə edilən hər iki doğuş prosesi uğurla başa çatıb. Yeni doğulan körpələr və analarına daha sonra tibb müəssisələrində zəruri tibbi xidmətlər göstərilib. Hər birinin vəziyyəti müsbət qiymətləndirilir.