Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib

13 may 2024, 17:32
MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib

“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib.

Elm və Təhsil Nazirliyindən LiderXəbər.az-a verilən xəbərə görə, siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslı şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb ediləcəklər.

Bildirilib ki, hər il müsabiqəyə buraxılacaq ixtisasların siyahısı Elm və Təhsil Nazirliyi tərəfindən elan edilir. Siyahı “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nın əlavəsində qeyd edilən ixtisaslara müvafiq olaraq müəyyənləşdirilir.