Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasında Ukrayna səfiri ilə görüş olub

13 may 2024, 15:49
Azərbaycan Sahibkarlar Konfederasiyasında Ukrayna səfiri ilə görüş olub

Azərbaycan Sahibkarlar Konfederasiyasında Ukraynanın ölkəmizə yeni təyin olunmuş səfiri Yuri Husyev ilə görüş keçirilib.

Görüşdə iqtisadi əlaqələr və özəl sektor arasındakı əməkdaşlıq müzakirə edilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ASK-nın fəaliyyəti və beynəlxalq biznes təşkilatlarında ölkəmizi təmsil edərək həyata keçirdiyi fəaliyyətlər haqqında geniş məlumat verib. Konfederasiyanın Ukraynadakı nümayəndəsi Əli Əliyevin özəl sektoru təmsil edən iş adamları arasında işgüzar əlaqələrin genişlənməsində rolunu vurğulayıb.

Ukrayna səfiri gələn ay biznesmenlərin onlayn formatda görüşünü keçirməyi təklif edib. Onun sözlərinə görə, kənd təsərrüfatı, enerji və s. məsələlərlə bağlı Ukrayna sahibkarları Azərbaycandan olan həmkarları ilə görüşmək istəyirlər.

Təklifə müsbət yanaşan Konfederasiya prezidenti bunun üçün icra aparatına müvafiq tapşırıqlar verib. Sonra Forumun mövzusu ətrafında geniş fikir mübadiləsi aparılıb.