Son Xəbərlər
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Liderxeber.az
Belçikada Lyej məhkəməsi, Avropa Komissiyasının (AK) sədri Ursula fon der
Koreya Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsi (CIO)
"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu karyerasını bu yay
2050-ci ilə qədər demək olar ki, 40 milyon insan bakteriyalarda antibiotiklərə
Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqli 2025-ci il yanvarın 1-dən
Yanvarın 3-dən bərpa edilən Bakı–Balakən–Bakı reysi üzrə ilk qatarın doluluq
Tarif Şurasının 2025-ci il yanvarın 2-də qəbul etdiyi təbii qazın yeni
Azərbaycan Gimnastika Federasiyasının (AGF) sabiq prezidenti və Milli Olimpiya
ABŞ-nin Nevada ştatında "Trump International" hotelinin girişində
banner

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri elan olunub

13 may 2024, 15:44
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri elan olunub

Məlum olduğu kimi, 12 may 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi kağız daşıyıcılar vasitəsilə BB vəzifə qrupu üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanını keçirib.

DİM-dən LiderXəbər.az-a verilən xəbərə görə, namizədlər imtahan nəticələri ilə buradan tanış ola bilərlər.

İştirakçılar imtahan nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 202 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 16, BB2 altqrupu üzrə 41, BB3 altqrupu üzrə 50, BB4 altqrupu üzrə 36 nəfər olmaqla, ümumilikdə 143 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 14 may saat 10:00-dan 16 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.