Son Xəbərlər
Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqli 2025-ci il yanvarın 1-dən
Yanvarın 3-dən bərpa edilən Bakı–Balakən–Bakı reysi üzrə ilk qatarın doluluq
Tarif Şurasının 2025-ci il yanvarın 2-də qəbul etdiyi təbii qazın yeni
Azərbaycan Gimnastika Federasiyasının (AGF) sabiq prezidenti və Milli Olimpiya
ABŞ-nin Nevada ştatında "Trump International" hotelinin girişində
Hər il ali məktəblərə qəbul imtahanları üzrə keçid ballarında dəyişikliklər
Azərbaycan 2016-cı ildə tutduğu dördüncü yerdən 2024-cü ilin birinci yarısında
Ötən il Azərbaycan Türkiyədən 23,325 milyon ABŞ dolları dəyərində meyvə və
Qazaxıstanda 2024-cü ilin dekabr ayının sonunda baş vermiş "Azərbaycan
banner

Sabah intensiv yağış yağacaq, şimşək çaxacaq, güclü külək əsəcək - PROQNOZ

11 may 2024, 13:30
Sabah intensiv yağış yağacaq, şimşək çaxacaq, güclü külək əsəcək - PROQNOZ

Mayın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecəyə doğru intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60% olacaq.

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.