Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad dünən Azərbaycan hərbçilərinin şəhid olması ilə bağlı dövlət başçısına başsağlığı verib.
Liderxəbər xəbər verir ki, bu barədə o, Prezident İlham Əliyevlə görüşü zamanı deyib.
Macarıstanın iqtisadi inkişaf naziri ölkəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü daim dəstəklədiyini bildirərək sülh və danışıqlara alternativin olmadığını vurğulayıb.