Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Azad olunan ərazilərdə ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan hazırlanıb

23 dek 2024, 11:40
Azad olunan ərazilərdə ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan hazırlanıb

Azad edilən ərazilərdə ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan hazırlanıb.

Liderxeber.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun ilin yekunlarına dair keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib.

V.Qurbanov bildirib ki, 81 kənd, 8 qəsəbə və 8 şəhərdə ilkin səhiyyə müəssisələrinin dəqiqləşdirilmiş dislokasiyaları və eskiz layihələri Səhiyyə Nazirliyinin tikinti üzrə mütəxəssisləri ilə birlikdə hazırlanaraq Nazirliyin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti İdarəsinə təqdim edilib.

O qeyd edib ki, hazırda işğaldan azad edilən ərazilərdə Ağalı, Hadrut, Laçın, Talış, Füzuli, Xocalı ASM, Şuşa, Zəngilan, Ağdam modul tipli xəstəxana, Ağdərə xəstəxanası, Xankəndi poliklinikası fəaliyyət göstərir.

“Böyük Qayıdış” layihəsi çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan siyahı əsasında 2022-2024-cü illər ərzində ümumilikdə 6 min 561 sakinin tibbi müayinələrdən keçirilməsi təmin edilib. Bu ilin yanvar ayından bugünədək isə 819 ailənin, 3 min 100 sakinin tibbi müayinələrədən keçirilməsi icra olunub”, - TƏBİB rəhbəri əlavə edib.