Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Hazırda Birbank Kapital Bank qədər güclü brendə çevrilib

19 dek 2024, 10:44
Hazırda Birbank Kapital Bank qədər güclü brendə çevrilib

"2025-ci ilin birinci rübündən etibarən Kapital Bank brendini Birbank brendinə transformasiya edəcəyik".

Liderxeber.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında bankın İdarə Heyətinin sədri Fərid Hüseynov deyib.

O bildirib ki, hazırda aylıq 3 milyondan çox aktiv müştərisi ilə Birbank Kapital Bank qədər güclü brendə çevrilə bilib: “Bizim gələcək planlarımız daha çox rəqəmsallaşma, müasir texnologiyaların və süni intellektin tətbiqi üzərindədir. Buna görə də, 2025-ci ilin 1-ci rübündən etibarən Kapital Bank brendini Birbank brendinə transformasiya edirik. Bu, Kapital Bank-ın tamamilə yox olacağı mənasına gəlmir. Siz Kapital Bankı daha çox maliyyə institutu və korporativ brend kimi görəcəksiniz. Bütün məhsul və xidmətlərimizi isə müştərilərimizə Birbank brendi üzərindən təqdim edəcəyik. Biz də, müştərilərimiz də artıq Birbanklı olacağıq. Sual versəniz ki, bu müştərilərə yanaşmada nəyisə dəyişəcəkmi - bəli müştərilər bu dəyişikliyi daha çox hiss edəcəklər. Birbankı xarektirizə etsək, o daha gənc, daha dinamik, daha operativ, rəqəmsal, yenilikçi markadır. Və bütün bunlar ən sürətli formada müştəri təcrübəsində də öz əksini tapacaq. Müştərilərimiz bütün məhsul və xidmətləri Birbank saytı və tətbiqindən əldə edəcəklər. Bundan başqa, Kapital Bank filialları da Birbank filiallarına transformasiya olunacaq və bu proses ümumilikdə 2 illik müddəti əhatə edəcək”.