Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Universitetlərə qəbulda keçid balları artacaq?

04 yan 2025, 15:04
Universitetlərə qəbulda keçid balları artacaq?

Hər il ali məktəblərə qəbul imtahanları üzrə keçid ballarında dəyişikliklər olur. Ballar ya azalır, ya da artır. Bəs bu illə bağlı proqnozlar necədir, ciddi dəyişikliklər gözlənilirmi?

Liderxeber.az xəbər verir ki, təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli mövzunu şərh edib. Bildirib ki, yerlərin sayının artırılması nəzərdə tutulsa da, bu il keçiriləcək qəbul imtahanlarında balların enməsi gözlənilmir.

Onun sözlərinə görə, 2026-cı ilə qədər hədəflənən rəqəmə çatmaq üçün tələbə sayı xeyli artırılmalıdır. Ötən ilin statistikasına nəzər saldıqda bu il qəbul yerlərinin sayının 5-8 min arası artacağı proqnozlaşdırılır.

Təhsil üzrə mütəxəssis vurğulayıb ki, keçid balları enməsə də, qəbul suallarının ötən illərə nisbətən asan salınacağı gözlənilir. Bu səbəbdən də qəbul faizi yüksək ola bilər.