Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Aktauda qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı son hesabat nə zaman açıqlanacaq?

04 yan 2025, 14:26
Aktauda qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı son hesabat nə zaman açıqlanacaq?

Qazaxıstanda 2024-cü ilin dekabr ayının sonunda baş vermiş "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarə qəzasının araşdırılması ilə bağlı yekun hesabat ən geci üç ildən sonra təsdiqlənəcək.

Liderxeber.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə respublikanın Nəqliyyat Nazirliyindən məlumat verilib.

"25 dekabr 2024-cü il tarixində "Azərbaycan Hava Yolları" QSC-nin istismarında olan 4K-AZ65 dövlət nömrə nişanlı "Embraer E190AR" təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat Qazaxıstan Respublikasının investisiyalar və inkişaf nazirinin 27 iyul 2017-ci il tarixli, 505 nömrəli əmrinə uyğun olaraq həyata keçirilir. Əmrin 32-ci bəndinə uyğun olaraq, insan ölümü ilə nəticələnən aviasiya qəzasının təhqiqatının müddəti komissiya yaradıldığı andan təhqiqatın nəticələrinə dair yekun hesabatın təsdiq edildiyi tarixə qədər, bir qayda olaraq, əlavə araşdırma tələb olunmadığı halda, 36 aydan çox çəkmir", - deyə qurumdan qeyd edilib.

Eyni zamanda, istintaq komissiyasının üzvü, Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev 2024-cü il dekabrın 30-da "Kazinform" agentliyinə müsahibəsində bildirib ki, təhqiqatın ilkin və ya aralıq nəticələri 30 gün ərzində hazır olacaq.