Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Qazaxıstan Nəqliyyat Nazirliyi: AZAL-ın qəzaya uğramış təyyarəsi ilə bağlı yekun hesabat 3 ildən gec olmayaraq təsdiqlənəcək

04 yan 2025, 15:13
Qazaxıstan Nəqliyyat Nazirliyi: AZAL-ın qəzaya uğramış təyyarəsi ilə bağlı yekun hesabat 3 ildən gec olmayaraq təsdiqlənəcək

Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin 2024-cü il dekabrın sonunda Qazaxıstanda qəzaya uğraması ilə bağlı araşdırmanın yekun hesabatı üç ildən gec olmayaraq təsdiqlənəcək.

Liderxeber.az-ın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS-a Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.

“2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer E190AR” markalı, 4K-AZ65 dövlət nömrə nişanlı təyyarə ilə baş vermiş aviasiya qəzasının təhqiqatı Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf nazirinin müvafiq əmrinə uyğun olaraq həyata keçirilir. Əmrin 32-ci bəndinə uyğun olaraq, insan tələfatı ilə nəticələnən aviasiya hadisəsinin təhqiqatının müddəti komissiya yaradıldığı andan qəzanın təhqiqatının nəticələrinə dair yekun hesabatın təsdiq edildiyi tarixə kimi, əlavə araşdırma tələb olunmadığı təqdirdə, 36 aydan çox olmamalıdır”, - deyə nazirlikdən bildirilib.

İstintaq komissiyasının üzvü, Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev 2024-cü il dekabrın 30-da Kazinform agentliyinə müsahibəsində bildirib ki, araşdırmanın ilkin və ya aralıq nəticələri 30 gün ərzində hazır olacaq.