Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

Zoğların məhsuldarlığı elmi əsaslarla təyin edilir

03 may 2024, 20:38
Zoğların məhsuldarlığı elmi əsaslarla təyin edilir

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Ampeloqrafik Kolleksiya bağında mövsümə uyğun olaraq zoğların məhsuldarlığının təyin edilməsi prosesi həyata keçirilib. 

LiderXəbər xəbər verir ki, zoğların məhsuldarlıq göstəriciləri öyrənilməsi tənəklərdə yaşıl əməliyyatlar başlayana qədər sona çatdırılmalıdır. Bu müddət ərzində tənəklərdə aşağıdakılar müəyyən edilir:

Budama zamanı tənəkdə saxlanılmış gözlərin sayı – a;

Açılmamış tumurcuqların (gözlərin) sayı – b;

İnkişaf etmiş, yaxud əmələ gəlmiş zoğların sayı – c;

Barlı zoğların sayı – d;

Zoğlarda formalaşmış çiçək topalarının sayı – e;

Açılmış gözlərin miqdarı tənəkdəki açılmamış gözlərin miqdarı ümumi gözlərin sayına bölünüb yüzə vurularaq %-lə ifadə edilir. 

Ümumi gözlərin sayı tənəyin budanılması zamanı saxlanılan gözcüklərin cəmidir. Zoğların orta sayı tənəkdəki bütün yaxşı və zəif inkişaf etmiş zoğların sayının orta göstəricisidir. Zoğların xüsusiyyətləri nəzərə alınmaqla tarla dəftərlərinə aşağıdakı kimi qeyd edilir:

0 - barsız zoğ; 1-barlı birsalxımlı zoğ; 2-barlı ikisalxımlı zoğ; 3-barlı üçsalxımlı zoğ və s.

Zoğda və tənəkdə çiçək topasının miqdarına görə bar əmsalı müəyyən edilir. Üç cür bar əmsalını müəyyənləşdirmək lazımdır:

Gözcüyün bar əmsalı, bu eyni zamanda tənəyin, yaxud da sortun bar əmsalıdır;

1.Yaşıl zoğun bar əmsalı;

2.Barlı zoğun bar əmsalı.

Tənəkdəki ümumi çiçək topasını gözcüyün miqdarına nisbəti gözcüyün bar əmsalı adlanır. Tənəkdəki barlı zoğların miqdarının ümumi yaşıl zoğların miqdarına olan nisbətini %-lə ifadəsidir.