Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

Mixeil Kavelaşvili Gürcüstanın Prezidenti vəzifəsinə başlayıb - YENİLƏNİB

29 dek 2024, 12:04
Mixeil Kavelaşvili Gürcüstanın Prezidenti vəzifəsinə başlayıb - YENİLƏNİB

Mixeil Kavelaşvili parlament binasında Gürcüstan xalqı qarşısında and içərək ölkənin sayca altıncı prezidenti oldu.

Liderxeber.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

"Mən, Gürcüstan Prezidenti, Allah və xalq qarşısında Gürcüstanın Konstitusiyasını, ölkənin müstəqilliyini, bütövlüyünü və bölünməzliyini qoruyacağıma, prezidentin vəzifələrini vicdanla yerinə yetirəcəyimə, ölkəmin vətəndaşlarının təhlükəsizliyi və rifahının, xalqımın və Vətənimin dirçəlişi və qüdrətinin qayğısına qalacağıma and içirəm", - o bildirib.

M.Kavelaşvili xüsusi olaraq çap edilmiş və parlamentin muzeyində saxlanılacaq konstitusiya nüsxəsinə and içəcək.

O, andını bu gün üçün xüsusi çap edilmiş Gürcüstan Konstitusiyası nüsxəsi üzərində söyləyib. Bu nüsxə sonradan parlament muzeyinə veriləcək və növbəti inauqurasiyalar üçün istifadə edilməsi planlaşdırılır.

11:19

Gürcüstan parlamentinin binasında ölkənin altıncı prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi başlayıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

Mərasim 40 dəqiqə davam edəcək.

M.Kavelaşvili parlamentin muzeyində saxlanılacaq konstitusiya nüsxəsinə and içəcək.

Andiçmə mərasimində parlament deputatları, yerli özünüidarəetmə orqanlarının, həmçinin Acarıstan və Abxaziya Ali şuralarının, Gürcüstan hökumətinin, konstitusiya orqanlarının nümayəndələrinin daxil olduğu Seçkilər Kollegiyasının üzvləri iştirak edəcəklər.

Gürcüstan KİV-in məlumatına görə, 53 yaşlı Kavelaşvili bunun 18 ilini futbola həsr edib. Futbol karyerası ərzində o, Vladiqafqazın "Spartak-Alaniya", "Mançester Siti", "Qrashopper", "Alaniya" klublarında oynayıb və karyerasını İsveçrənin "Bazel" klubunda başa vurub. M.Kavelaşvili peşəkar məşqçilik fəaliyyəti üçün UEFA lisenziyası alıb və hətta futbol eksperti kimi çıxış edib.