Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Kənan Qurbanov: ABADA-ya üzv daşıyıcılar ilk dəfə birbaşa olaraq Çindən yük gətiriblər

28 dek 2024, 08:36
Kənan Qurbanov: ABADA-ya üzv daşıyıcılar ilk dəfə birbaşa olaraq Çindən yük gətiriblər

"Bu il Azərbaycan Beynəlxalq Avtomobil daşıyıcıları Assosiasiyası (ABADA) beynəlxalq yükdaşımalarda daha bir nailiyyət əldə edib. Assosiasiyaya üzv olan “RH Trans” şirkətinə məxsus iki yük avtomobilinin də qatıldığı karvan ilk dəfə birbaşa olaraq Çindən Azərbaycana yük gətirib".

Liderxeber.az xəbər verir ki, bu barədə ABADA-nın Baş Katibi Kənan Qurbanov Assosiasiyanın cari il ərzində həyata keçirdiyi tədbirlər, yeni lahiyələr və görülən işlər barədə hesabatla çıxışı zamanı bildirib.

O qeyd edib ki, əvvəllər Çin və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə birbaşa daşımalar həyata keçirilmirdi. Yüklərin daşınması, əsasən, qonşu ölkələrin ərazilərində, bir ölkənin nəqliyyat vasitəsindən digər ölkənin nəqliyyat vasitəsinə yüklənmə yolu ilə həyata keçirilirdi.

Kənan Qurbanov onu da vurğulayıb ki, 2024-cü ildə Azərbaycan və Çin arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların reallaşdırılması üçün “İcazə” blanklarının mübadiləsi həyata keçirilib. Bununla da Azərbaycan daşıyıcılarının avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları coğrafiyası daha da genişlənərək yükdaşıma fəaliyyəti göstərilən ölkələrin sayı 51-ə çatıb.