Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Ayağı ayaq üstə aşırıb oturmaq qorxulu xəstəliklərə gətirib çıxara bilər - XƏBƏRDARLIQ

03 yan 2025, 10:21
Ayağı ayaq üstə aşırıb oturmaq qorxulu xəstəliklərə gətirib çıxara bilər - XƏBƏRDARLIQ

Ayağı ayaq üstə aşırıb oturmaq ən zərərli və təhlükəli vərdişlərdən biridir. Bu, orqanizmdə varikoz və bir sıra digər problemlərə səbəb ola bilər.

Liderxeber.az verdiyi məlumata görə, bu barədə rusiyalı nevroloq Jan Şolomitski xəbərdarlıq edib.

Onun sözlərinə görə, bu formada oturanda ayağın öz ağırlığı altında damarlar sıxılmağa başlayır.

"O qədər də güclü olmasa da, venoz qanın cazibə qüvvəsinə qarşı qalxdığını nəzərə alsaq, o tədricən daha çox ləngiyəcək. Nəticə - varikoz venaların genişlənməsidir", - deyə həkim izah edib.

Şolomitskinin sözlərinə görə, varikozun nə qədər tez özünü göstərəcəyi insanın mobillik dərəcəsindən asılıdır: insan nə qədər aktivdirsə, risk bir o qədər azdır.

"Hərəkət zamanı baldır və kambalavari əzələlər işə düşür - bunlar da venoz qanı ürəyə vurmaq üçün əsas nasoslardır. Bu əzələlər addım atdıqda, ya tullanma zamanı yerdən təkan almağımıza kömək edir və ayaqlarda qan ləngliyini azaldır", - deyə nevroloq dəqiqləşdirib.

Həkim əlavə edib ki, ayaqların çarpaz vəziyyəti, həmçinin çanaq dibinin, çanaq diafraqmasının sıxılmasına səbəb olur, bu, varikoz yaranması riskini daha da artırır.

"Çünki bu vəziyyətdə olan diafraqma ondan keçən sinirləri, qan və limfa damarlarını sıxır, nəticədə, sidik-cinsiyyət sistemi orqanlarında mübadilə prosesləri pozulur. Düz bağırsaq, sidik kisəsi, kişilərdə prostat, qadınlarda uşaqlıq yolu müxtəlif növ iltihabi proseslərin yaranmasına daha həssas olur", - deyə Şolomitski sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, venaların varikoz genişlənməsi sadəcə estetik problem deyil, həm də ciddi xəstəlikdir və təhlükəli nəticələrə gətirib çıxara bilər.