Son Xəbərlər
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) ötən il
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Daxili İşlər Nazirliyi (DİN) Yasamal rayonunda yerləşən 158 saylı orta
Həm minimum pensiya məbləğində, həm də əmək pensiyalarında artımlar nəzərdə
Paytaxtda mikromobillik imkanları artırılır. Liderxeber.az -ın xəbərinə görə,
ABŞ prezidenti Cozef Bayden tüğyan edən kütləvi yanğınlar səbəbindən
Çadın paytaxtı Ncamena şəhərinin mərkəzində prezident sarayına edilən hücumda
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Liderxeber.az- a
2023-cü ilin oktyabrından Qəzza zolağında humanitar təşkilatların 369 işçisi
Minifutbol üzrə Azərbaycan millisinin üzvü Elvin Əlizadə Avropanın ən yaxşısı
banner

Sabirabad 1 saylı mediasiya təşkilatının ictimai təqdimatı keçirilib

04 apr 2024, 17:17
Sabirabad 1 saylı mediasiya təşkilatının ictimai təqdimatı keçirilib

Mediasiya Şurası tərəfindən vətəndaş məmnunluğu və mediasiya xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə mütəmadi olaraq mediasiya təşkilatlarının fəaliyyətinin monitorinqi aparılır.

LiderXəbər xəbər verir ki, Sabirabad 1 saylı mediasiya təşkilatının ictimai təqdimat mərasimi təşkil edilib. Təşkilat fəaliyyətə başladığı dövrdən formalaşma mərhələsini keçmiş və keyfiyyətli mediasiya xidmətlərinin həyata keçirilməsi üçün vətəndaş yönümlü ofislə şəraiti təmin edilib. 

Sabirabad 1 saylı Mediasiya Təşkilatının ictimai təqdimat mərasimində Mediasiya Şurasının İdarə heyətinin sədri Nadir Adilov, Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Şuranın Etika Komitəsinin sədri Aqil Əsgərov, Komitənin üzvü Tural Məmmədov, Mediasiya Şurasının Türk Dünyası Mediatorlar Birliyində təmsil olunan Komissiya sədri, mediasiya təlimçisi Qasım Şalıyev, eyni zamanda mediasiya təşkilatı rəhbərləri və Sabirabad rayonunun ictimaiyyəti iştirak edib. İctimai təqdimat mərasimində çıxış edən Mediasiya Şurasının İdarə heyətinin sədri Nadir Adilov qeyd edib ki, mediasiya təşkilatları ilkin vaxtlarda özlərini keyfiyyətli ofis şəraitləri ilə, vətəndaş yönümlü ofislərlə təmin olunmaqda ciddi problemləri var idi. Amma çox sevindirici haldır ki, ölkəmizdə mediasiya xidmətləri inkişaf etdikcə region mediasiya təşkilatları da vətəndaş yönümlü ofislərdə fəaliyyət göstərə bilirlər. Çıxış edən Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov təşkilatın fəaliyyətinə uğurlar arzulayıb və təşkilatın mübahisələrin həllində mühüm rol oynadığını qeyd edib. 

Təqdimat mərasimi zamanı eyni zamanda mediasiya xidmətlərinin həyata keçirilməsində vətəndaş məmnunluğu, mediasiyada əldə edilən barışıq sazişlərinin keyfiyyətli məzmunu, problemlər və qarşıda duran hədəflər də müzakirə edilib.