Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

SOCAR 373 Azərbaycan vətəndaşının Türkiyədən təxliyəsinə dəstək göstərir

11 fev 2023, 11:27
SOCAR 373 Azərbaycan vətəndaşının Türkiyədən təxliyəsinə dəstək göstərir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə müvafiq tədbirlər həyata keçirir.

Liderxəbər xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

"Bir neçə istiqamət üzrə icra edilən tədbirlərə zəlzələdən zərər görən Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfa kimi şəhərlərdə fasiləsiz olaraq bütün təcili yardım, yanğınsöndürmə və digər xilasetmə maşınlarına pulsuz benzin və dizel təchizatı, o cümlədən zəlzələ bölgəsindən 373 Azərbaycan vətəndaşının təxliyəsinə dəstək göstərilməsi, zərər çəkən həmkarlarımız və onların yaxınlarının zəruri ehtiyaclarının təmin edilməsi, habelə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) və AHBAP xeyriyyə cəmiyyətinə birbaşa ianələrin göndərilməsi, paltar, su, qida məhsulları, uşaq bezləri, çadır, generator, dərman preparatları kimi təcili ehtiyacların qarşılanması daxildir", - məlumatda deyilir.

Bildirilir ki, həmçinin, SOCAR-ın Türkiyədəki əməkdaşları tərəfindən bir sıra dəstək tədbirləri həyata keçirilib: "Bu xüsusda 3-ü həkim olmaqla, ümumilikdə 25 həmkarımız birbaşa axtarış-xilasetmə işlərinə cəlb olunub, eyni zamanda, əməkdaşlarımız tərəfindən AFAD, Kızılay və AHBAP platformalarına fərdi ianələr edilib".

Hazırda zəlzələdən zərər çəkən bölgələrə dəstək tədbirləri fasiləsiz olaraq davam etdirilir, SOCAR qeyd edir.