Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

Azərbaycan məscidlərində Türkiyədəki zəlzələdə ölənlər üçün cənazə namazı qılınacaq

09 fev 2023, 14:03
Azərbaycan məscidlərində Türkiyədəki zəlzələdə ölənlər üçün cənazə namazı qılınacaq

“Azərbaycan məscidlərində Türkiyədə baş verən zəlzələdə həlak olanların əziz ruhlarına Quran oxunacaq, qiyabi meyit namazları qılınacaq”.

Liderxəbər xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçını ziyarət edərkən deyib.

Şeyxülislam Qafqaz müsəlmanları adından qardaş Türkiyə xalqına baş verib, təbii fəlakət - çoxsaylı insan tələfatı ilə nəticələnən sarsıdıcı zəlzələ ilə əlaqədar kədərləndiyini bildirib, həlak olanların ailələrinə, yaxınlarına, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verərək yaralananlara və xəsarət alanlara Allahdan şəfalar diləyib.

QMİ sədri qeyd edib ki, qardaş Türkiyə xalqı Allahın köməyi və bütün türkdilli xalqların duaları ilə bu ağır imtahandan alnı açıq, daha möhkəm və mətin çıxacaq: “Bu niyyətlə Azərbaycan came və məscidlərində fəlakət qurbanlarının əziz ruhlarına Quran oxunacaq, qiyabi meyit namazları qılınacaq, qardaş türk xalqına Uca Allahdan səbr və dəyanət razi-niyaz ediləcək və dindarlarımıza türk qardaşlarına maddi-mənəvi yardım etmək tövsiyə olunacaq. Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bu günlərdə TC Diyanət Başkanlığı vasitəsi ilə zərərçəkmişlərə maddi yardım göndərib”.