Son Xəbərlər
Bir sıra məhsullar gömrük rüsumundan azad edilir. Liderxeber.az xəbər verir
Azərbaycanda PUA-larla bağlı qanuna dəyişiklik edilir. Liderxeber.az xəbər
Ələt Azad İqtisadi Zonasında (AİZ) istehsal olunan məhsulların 50%-i ixrac
Azərbaycanla Ukrayna arasında yeni müqavilə təsdiq edilib. Liderxeber.az xəbər
2025-ci il ərzində Azərbaycan aviaşirkətləri Ermənistan hava məkanından
İspaniyanın Əndəlüs bölgəsinin Almeriya əyalətində baş verən meşə yanğını
Yeni araşdırma göstərib ki, piylənmə ilə mübarizədə istifadə olunan dərmanlar
2026-cı il futbol üzrə Dünya Çempionatının final oyunu tarixə düşəcək. İlk
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-nin İordaniyadakı Əl-Əzraq hava
“Bu gün uşaqların böyük əksəriyyəti gündəlik həyatının mühüm hissəsini sosial

Ələt AİZ-də bəzi müəssisələrə gömrük güzəşti ediləcək

10 iyl 2026, 11:24
Ələt AİZ-də bəzi müəssisələrə gömrük güzəşti ediləcək

Ələt Azad İqtisadi Zonasında (AİZ) istehsal olunan məhsulların 50%-i ixrac şərti ilə 15 il müddətinə gömrük rüsumundan azad ediləcək.

Liderxeber.az-ın məlumatına görə, sözügedən məsələ parlamentin bugünkü növbədənkənar plenar sessiyasında müzakirəyə çıxarılan "Gömrük tarifi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihədə qeyd olunur ki, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruzqalma meyarlarına uyğun şəkildə kifayət qədər emal olunmuş Azərbaycan mənşəli malların həcminin azı 50 faizinin ölkə hüdudlarından kənara ixracı şərti ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Ələt AİZ-dən əsas iqtisadiyyata gətirilməsi - malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində gömrük rüsumlarından azad olunsun.

Layihə qəbul olunacağı təqdirdə güzəştlər 2027-ci ilin yanvarın 1-dən tətbiq olunacaq.

Yekunda layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.