Son Xəbərlər
İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-cı ildən etibarən ölkədə
Gürcüstan İnfrastruktur Nazirliyinin Yol Departamenti ölkəni Azərbaycan və
“Samara Vilayəti Azərbaycanlıları Liqası” ictimai təşkilatının sədri Şirvan
“Bildiyiniz kimi, ölkədə artıq milli super kompüter mərkəzi qurulub. Bu bizə
4 istehsalçı müəssisəyə məxsus 5 məhsulda meyvə və tərəvəz nektarları və
2026-cı ilin birinci yarısında qlobal aviasiya sektoru geosiyasi proseslərin,
Boks üzrə keçmiş dünya çempionu Roy Cons Bakıya səfər edəcək. Liderxeber.az
İranın mərhum Ali Lideri Ayətullah Seyid Əli Xameneinin cənazəsi Məşhəd
İyulun 10-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya
Ermənistanın yeni Konstitusiyasının layihəsi 2026-cı ilin sonunadək

“Bu, uşaqlarda daha ağır psixoloji nəticələrə səbəb ola bilir”

09 iyl 2026, 17:00
“Bu, uşaqlarda daha ağır psixoloji nəticələrə səbəb ola bilir”

“Bu gün uşaqların böyük əksəriyyəti gündəlik həyatının mühüm hissəsini sosial şəbəkələrdə keçirir.Onlar burada ünsiyyət qurur, məlumat əldə edir, öyrənir və əylənirlər. Lakin sosial şəbəkələrin faydaları ilə yanaşı, ciddi təhlükələri də mövcuddur”.

Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda bu gün təşkil etdiyi ictimai müzakirədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

“Sosial şəbəkələrdə təhqir, alçaldıcı rəylər, təhdidlər və məqsədli psixoloji təzyiq uşaqların emosional sağlamlığına mənfi təsir göstərir. Bir çox hallarda kibertəzyiq uşaqlarda özünəinamın azalmasına, sosial təcridə, depressiyaya və hətta daha ağır psixoloji nəticələrə səbəb ola bilir.

Zərərli və yaşa uyğun olmayan məzmunun əlçatanlığı, şiddət, nifrət nitqi, dezinformasiya, manipulyativ reklamlar və digər uyğun olmayan materiallar uşaqların psixoloji inkişafına mənfi təsir göstərə bilər.

Bundan əlavə, şəxsi məlumatların təhlükəsizliyi də ciddi məsələdir. Uşaqlar çox vaxt şəxsi məlumatlarını, şəkillərini və yerləşdikləri məkanı düşünmədən paylaşırlar. Bu isə kibercinayətkarlar tərəfindən saxta hesabların yaradılması, dələduzluq və digər qanunsuz fəaliyyətlər üçün istifadə oluna bilər.

Saxta foto, video və səs yazıları hazırlayan texnologiyalar, avtomatik yaradılan manipulyativ məzmun və saxta profillər uşaqların doğru məlumatı yanlış məlumatdan ayırmasını çətinləşdirə bilər. 

Bu problemlərin həlli yalnız bir qurumun üzərinə düşmür. Burada dövlət, məktəb, ailə, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti birlikdə fəaliyyət göstərməlidir.

Valideynlər uşaqların rəqəmsal həyatında fəal iştirak etməli, onlarla açıq dialoq qurmalı, internetdən təhlükəsiz istifadə qaydalarını izah etməli və onlayn fəaliyyətlərinə maraq göstərməlidirlər. Nəzarət yalnız məhdudlaşdırmaq deyil, həm də etibar və maarifləndirmə üzərində qurulmalıdır”, - komitə sədri bildirib.