Son Xəbərlər
İranın mərhum Ali Lideri Ayətullah Seyid Əli Xameneinin cənazəsi Məşhəd
İyulun 10-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya
Ermənistanın yeni Konstitusiyasının layihəsi 2026-cı ilin sonunadək
Böyük Britaniya iyulun 7-də Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib.
Amerika Birləşmiş Ştatları Suriyanı terroru dəstəkləyən ölkələr siyahısından
İraqın Nəcəf şəhərində İmam Əlinin ziyarətgahında olan İran Prezidenti Məsud
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının
Tehran ilə Məşhəd arasında sərnişin qatarlarının hərəkəti dayandırılıb.
Azərbaycanda heyvanların daşınması ilə bağlı yeni tələblər tətbiq ediləcək.
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi artıq “mygov”

ABŞ Suriyanı terroru dəstəkləyən ölkələr siyahısından çıxaracaq

09 iyl 2026, 12:14
ABŞ Suriyanı terroru dəstəkləyən ölkələr siyahısından çıxaracaq

Amerika Birləşmiş Ştatları Suriyanı terroru dəstəkləyən ölkələr siyahısından çıxaracaq.

Liderxeber.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin dövlət katibi Marko Rubio bəyan edib.

Dövlət katibi qeyd edib ki, bu, Yaxın Şərq dövlətinə tətbiq edilən sanksiyaların götürülməsi beynəlxalq investisiyalar və ticarət, həmçinin ölkənin yenidən qurulması üçün imkanlar yaradacaq, Suriya xalqı üçün yeni bir mərhələnin başlanğıcı olacaq.

M.Rubio bildirib ki, həm daxildə, həm də qonşuları ilə sülh içində olan sabit bir Suriya yalnız Yaxın Şərq regionu üçün deyil, qlobal miqyasda da müsbət təsir göstərəcək. Onun sözlərinə əsasən, ABŞ Prezidentinin Administrasiyası iyulun 8-də 45 günlük xəbərdarlıq müddətindən sonra terrorizmi dəstəkləyən ölkə statusunun ləğvi planı ilə bağlı Konqresə məlumat verib.