Son Xəbərlər
İranın mərhum Ali Lideri Ayətullah Seyid Əli Xameneinin cənazəsi Məşhəd
İyulun 10-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya
Ermənistanın yeni Konstitusiyasının layihəsi 2026-cı ilin sonunadək
Böyük Britaniya iyulun 7-də Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib.
Amerika Birləşmiş Ştatları Suriyanı terroru dəstəkləyən ölkələr siyahısından
İraqın Nəcəf şəhərində İmam Əlinin ziyarətgahında olan İran Prezidenti Məsud
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının
Tehran ilə Məşhəd arasında sərnişin qatarlarının hərəkəti dayandırılıb.
Azərbaycanda heyvanların daşınması ilə bağlı yeni tələblər tətbiq ediləcək.
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi artıq “mygov”

Pezeşkianla Əraqçı izdihamın arasından çətinliklə çıxarıldı

09 iyl 2026, 12:11
Pezeşkianla Əraqçı izdihamın arasından çətinliklə çıxarıldı

İraqın Nəcəf şəhərində İmam Əlinin ziyarətgahında olan İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı izdihamın arasından çətinliklə çıxarılıblar.

Liderxeber.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

“İran İnternational” nəşrinin məlumatına görə, ölkənin mərhum Ali Lideri Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimində iştirak etmək üçün İraqa səfər etmiş rəsmilər ABŞ-nin dünən İrana zərbələr endirməsindən sonra çətinliklə izdihamlı ziyarətgahdan çıxarılıblar.

“Azad İran” “Telegram” kanalı isə onların İran hakimiyyətinə bağlı radikal qrupun hücumuna məruz qaldığını iddia edib.

Xatırladaq ki, ötən gün Nəcəf şəhərində Əli Xamenei ilə vida mərasimi keçirilib. Bu gün onun Məşhəd şəhərində dəfn olunması planlaşdırılır.