Son Xəbərlər
2026-cı ilin birinci yarısında qlobal aviasiya sektoru geosiyasi proseslərin,
Boks üzrə keçmiş dünya çempionu Roy Cons Bakıya səfər edəcək. Liderxeber.az
İranın mərhum Ali Lideri Ayətullah Seyid Əli Xameneinin cənazəsi Məşhəd
İyulun 10-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya
Ermənistanın yeni Konstitusiyasının layihəsi 2026-cı ilin sonunadək
Böyük Britaniya iyulun 7-də Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib.
Amerika Birləşmiş Ştatları Suriyanı terroru dəstəkləyən ölkələr siyahısından
İraqın Nəcəf şəhərində İmam Əlinin ziyarətgahında olan İran Prezidenti Məsud
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının
Tehran ilə Məşhəd arasında sərnişin qatarlarının hərəkəti dayandırılıb.

Külək, yağış, 37° isti... - Sabahın havası

09 iyl 2026, 13:47
Külək, yağış, 37° isti... - Sabahın havası

İyulun 10-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25°, bəzi yerlərdə 28-30° isti olacaq.