Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

NOVRUZ – el bayramı!

19 mar 2024, 15:36
NOVRUZ – el bayramı!

Qədimliyimiz, kökümüzdən gələn, damarlarımızda axan  mərdlik, ərənlik xüsusiyyətlərinin təcəssümü Novruz, həm də, milli birlik və xalq böyüklüyünün  əzəməti hesab olunur.  Çünki, ulularımızın bəxş etdiyi bu el bayramı, hər zaman bizlərə, atalarımızdan miras birlik və  vətənsevərliyi, hərb meydanlarında hünər göstərib ad qazanmağı, əmanət ömrümüzü yalnız,  el, millət yoluna, torpaq, vətən uğruna  həsr etməyi öyrətdi. Bununla yetinmədi, min illər boyu qanımıza, canımıza ruhumuza hopdurdu, damarlarımızla axıtdı bu qanı, bu şanı, böyük torpaq və  vətən sevgisini.

Məhz həmin sevginin böyüklüyündəndir ki, Burla xatun qeyrətli analarımızdan, igid atalarımızdan hünərvər oğullarımız yetişir, tarixin keşməkeşlərinə sinə gərən, yorulmadan mübarizə aparan vətənsevərlər. Məhz həmin yetişən oğullar sayəsində bu gün, gözəl Qarabağımızda, qəhrəmanlıq rəmzi qədim Şuşamızda, Xankəndində, ölkəmizin hər yerində bu el bayramı böyük təmtəraqla qeyd olunur. Xalqımız böyük sevinclə məşəllər, tüstüsü  göylərə qalxan bayram tonqalları yandırır, el birliyinin rəmzi  Yallı  gedərək, ulu  Novruzu qarşılayır. Qışın son akkordlarını təmsil edən kosa və keçəl meydanda məzhəkəli hərəkətləri ilə insanları şənləndirir.

El-obaya xeyir-duasını, alqışlarını bəxş etmək üçün türk dünyasının ağsaqqalı Qorqud Dədə meydanın ən mötəbər yerində görünür.  O, əlbəttə ki tək deyil, yeni ilə xeyir-bərəkət, bolluq, yaşıllıq rəmzi, əli səmənili Bahar qızı ilə birlikdə insanları salamlayır. Bu gün dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar Novruzu böyük sevinclə qarşılayır, müqəddəs bayramı ən ülvi hisslərlə qeyd edirlər. İndi xalqımız, həm də bayramı bir başqa ab-hava ilə-Qalib ölkənin vətəndaşları olaraq qürurla qarşılayırlar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bizlərə bu sevinci yaşadan, torpaq uğrunda ölən varsa Vətəndir deyən Şəhidlərimizin, qazilərimizin, Vətənin bütövlüyü uğrunda çalışan hər kəsin qarşısında baş əyirik!. Əziz xalqım Bayramın mübarək!

Ağabəy Manafov;
Neftçala rayonu, mədəniyyət işçisi